Müğənni Səidə Sultanın konsertində gərginlik yaşanıb.
Manset.az baku.ws-ə xəbər verir ki, Nabranda musiqili proqramla çıxış edən Səidə çətin anlarla qarşılaşıb.
Belə ki o, xanım fanatlarından birinə kömək edərək onu səhnəyə qaldırıb. Bundan sonra həmin qadın Sultanı bərk-bərk qucaqlayıb və buraxmaq istəməyib.
Ürəyi sıxılan sənətçi fanatını uzaqlaşdırmağa çalışsa da, bunu bacara bilməyib. Ətrafdakı mühafizəçilərin müdaxiləsindən sonra səhnədəki xanım aşağı endirilib.
Həmin görüntüləri təqdim edirik: