Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canananın evindən oğurluq edən şəxs tapılıb.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu haqda Canana sosial şəbəkədə bildirib.
O, oğurluq edən şəxsin yeni görüntülərini paylaşaraq onun artıq saxlanıldığını deyib.
Qeyd edək ki, iyulun 15-də naməlum şəxs Canananın müvəqqəti qaldığı evinə girərək oğurluq edib. Hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan görüntülənib.
Canana çəkilən görüntülərini instaqram hesabında yayımlayıb. O, izləyicilərindən həmin şəxsin tutulması üçün kömək istəyib.