Aparıcı Azər Zahid gözdən əlil qazimizə xoş olmayan sözlər deyib.
Manset.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Belə ki, aparıcı Azər Zahid qazilərimizlə görüşüb onlara müəyyən məbləğdə pul ianə edib. Gözü görməyən qazimiz Amil Əliyevə pulu verərkən, o, "Sən onsuz da saya bilməyəcəksən", - ifadəsini işlədib. Bu da sosial şəbəkə istifadəçilərinin haqlı narazılığına və tənqidinə səbəb olub.