Söylədiyi sözlərə görə həbs edilən, daha sonra etiraz edilərək iqamətgahı tərk etməmək şərti ilə azadlığa buraxılmasına qərar verilən müğənni Gülşənə qarşı ittihamnamə hazırlanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, məşhur müğənninin “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” ittihamı ilə 1 ildən 3 ilə qədər həbsə məhkum edilməsi tələb olunub.