Nazir kino ittifaqlarının birləşməsindən DANIŞDI

18:09 - 02 Avqust 2023

Nazir kino ittifaqlarının birləşməsindən DANIŞDI

İki kino ittifaqının birləşməsini təqdirəlayiq addım kimi qiymətləndirirəm.

 

Manset.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli  deyib.

O bildirib ki, iki ittifaqın könüllü və müstəqil şəkildə birləşməsi kinomuzun inkişafına töhfə verəcək.

Qeyd edək ki, ötən həftə xalq artisti Rasim Balayevin rəhbəri olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ilə digər Xalq artisti Şəfiqə Məmmədovanın sədrlik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsinə qərar verilib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az