Oğlu ilə istirahəti "burnundan gəldi" - VİDEO

23:30 - 03 Avqust 2023

Oğlu ilə istirahəti \"burnundan gəldi\" - VİDEO

Müğənni Kərim Abbasov ailəsi ilə birlikdə istrahətə yollanıb. 

 

Manset.az axşam.az-a istinadən bildirir ki, sənətçi dincəlmək üçün Misirin istirahət mərkəzi olan Şarm-Əl-Şeyxi seçib. Oğlu Yusiflə görüntülərini instaqram səhifəsində paylaşan Kərim bunları yazıb:

"Ailəmlə birlikdə... At kimi qaçıb, köpək kimi çalışıb və şah kimi dincəlməyə haqqım var. Kaş ki, mənim də atam mənimlə bu qədər səbrlə davranıb, bu qədər öpüb, qayğıma qalardı. Mənim gördüyüm palaz çırpan, oxlov, pol taxtası, milçək öldürən... Hamısı da belimdə qırılıb".

İfaçı daha sonra oğlundan şikayətlənərək "Əgər istəyirsən ki , istirahətin burnundan gəlsin Yusifi özünlə apar. Zalım oglu kaprizləri ilə dincəlməyini məhv edəcək. Əsəbdən gülürəm" sözlərini əlavə edib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az