logo
logo logo
logo

Yeni layihələr iqtisadi artımı və məşğulluğu gücləndirir - Bölgələrdə inkişaf 

14:25 - 24 İyul 2026

Yeni layihələr iqtisadi artımı və məşğulluğu gücləndirir - Bölgələrdə inkişaf 

Azərbaycanın dayanıqlı inkişaf strategiyasında regionların sosial-iqtisadi tərəqqisi əsas prioritet istiqamətlərdən biri olaraq qalır. Son illərdə ölkənin bütün bölgələrində həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, müasir istehsal müəssisələrinin yaradılması, sahibkarlığın stimullaşdırılması və yeni iş yerlərinin açılması regionların iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırıb. Xüsusilə, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən misli görünməmiş bərpa və yenidənqurma işləri, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi, müasir yol, enerji və kommunal infrastrukturun qurulması həmin ərazilərin ölkənin iqtisadi məkanına sürətlə inteqrasiyasını təmin edir. Regionların hərtərəfli inkişafı ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi Azərbaycanın balanslı iqtisadi inkişaf modelini daha da gücləndirir, əhalinin rifahının yüksəldilməsi və davamlı məşğulluğun təmin olunması istiqamətində yeni imkanlar yaradır.

 

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Manset.az-a verdiyi açıqlamada Azərbaycanda bu sahədə görülən işlərin effektivliyindən danışıb. O vurğulayıb ki, bu günə qədər regionlarda sosial-iqtisadi inkişafa təkan verən mühüm addımlar atılmış olsa da, inkişaf prosesi eyni templə davam etdirilməlidir:


“Regionların sosial-iqtisadi inkişafı ölkə iqtisadiyyatının balanslı inkişafı üçün vacib istiqamətlərdən biridir. Son illərdə bu məqsədlə sənaye parkları və aqroparklar yaradılıb, kənd təsərrüfatına subsidiyalar verilib, suvarma sistemlərinin yaxşılaşdırılması, yol, elektrik, qaz və internet infrastrukturu genişləndirilib. Sahibkarlara güzəştli kreditlər təqdim olunur, turizm potensialı olan bölgələrdə yeni layihələr həyata keçirilir. Bu addımlar regionlarda yeni iş yerlərinin açılmasına və iqtisadi fəallığın artmasına şərait yaradır. Bununla yanaşı, görüləcək işlər hələ də çoxdur”.

İqtisadçı qeyd edib ki, regionlarda emal sənayesinin inkişafı, logistika mərkəzlərinin yaradılması, müasir suvarma sistemlərinin geniş tətbiqi, peşə təhsilinin gücləndirilməsi və kiçik sahibkarlığın daha çox dəstəklənməsi vacibdir. Eyni zamanda, rəqəmsal texnologiyaların tətbiqi, ixrac imkanlarının artırılması və investorlar üçün daha əlverişli mühitin formalaşdırılması regionların inkişafını sürətləndirə bilər:

“Kənd təsərrüfatı, sənaye və xidmət sektorlarının regionlarda inkişaf etməsi Azərbaycanın ümumi iqtisadiyyatına da müsbət təsir göstərir. Bu, qeyri-neft sektorunun payını artırır, yeni iş yerləri yaradır, əhalinin gəlirlərini yüksəldir və daxili bazarın inkişafına töhfə verir. Regionların güclənməsi paytaxta miqrasiyanı da müəyyən qədər azalda bilər. Eyni zamanda, ixracın artması, vergi daxilolmalarının çoxalması və yerli istehsalın genişlənməsi ölkənin iqtisadi dayanıqlığını daha da möhkəmləndirir”, - deyə A.Nəsirli fikirlərinə əlavə edib.

 

Fidan Vəlisoy

6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az