"Sülh barədə danışmaq artıq çətinləşib" - AÇIQLAMA

16:22 - 19 May 2025

\"Sülh barədə danışmaq artıq çətinləşib\" - AÇIQLAMA

"Artıq üçüncü ilə daxil oluruq ki, Rusiya-Ukrayna müharibəsi davam edir. İstər diplomatik, istərsə də hərbi baxımdan məsələ həqiqətən çox ciddidir. Atəşkəslə bağlı heç bir razılaşma əldə olunmur. Rusiya işğal etdiyi əraziləri tərk etmir, Ukrayna isə haqlı olaraq öz torpaqlarından imtina etmir. Buna görə də vəziyyət son dərəcə mürəkkəbdir və yaxın zamanda dönüş nöqtəsi görünmür. Çünki hər iki tərəf geri çəkilmək niyyətində deyil".


Bu sözləri Manset.az-a açıqlamasında siyasi şərhçi Əliabbas Məhərrəmov deyib.


O bildirib ki, ABŞ Rusiyaya qarşı sanksiya təzyiqlərini artırır:

"Lakin bu da müharibənin dayandırılmasına səbəb olmur və hələlik ciddi bir nəticə vermir. Sonuncu İstanbul görüşü də nəticəsiz qaldı. Artıq tərəflər bir-birinə, hətta onlara yaxın olan dövlətlər belə bir-birlərinə inanmırlar. Beləliklə, vəziyyət bütün sahələrdə çıxılmaz hal alıb.

Hesab edirəm ki, müharibə yaxın zamanda səngiməyəcək, əksinə daha da şiddətlənəcək. Müharibənin genişlənməsi ehtimalı da kifayət qədər yüksəkdir. Sülh danışıqları barədə danışmaq da artıq çətinləşib. Təcrübə göstərir ki, bəzi müharibələr sülhlə nəticələnmir. Bu müharibənin də sülhlə bitəcəyinə inanmıram. Hərbi gücü daha üstün olan tərəf qalib gələcək. Amma düşünürəm ki, bu proses müəyyən vaxt aparacaq. Hələ zamana ehtiyac var".


Seyranə Quliyeva 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv