Sumqayıtda ağır qəza - Yaralıların vəziyyəti açıqlandı

22:36 - 20 May 2025

Sumqayıtda ağır qəza - Yaralıların vəziyyəti açıqlandı

Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində zəncirvari qəza olub. Toqquşma nəticəsində 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu hadisə yerində dünyasını dəyişib, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


TƏBİB-dən Manset.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı 2 nəfər (kişi cinsli)  21:10 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub:

"Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır".



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv