Prezident Administrasiyasının sabiq rəhbəri, haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilmiş Ramiz Mehdiyevin gəlini, Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasının müalicə işləri üzrə direktor müavini, II cərrahiyyə şöbəsinin süd vəzisi bölməsinin müdiri Nigar Mehdiyevanın işdən çıxarılması ilə bağlı xəbərlər yayılıb.
Manset.az yayılan xəbərlə bağlı Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli ilə əlaqə saxlayıb. O, açıqlamasında Nigar Mehdiyevanın vəzifəsindən azad edilməsi üçün Onkoloji klinikanın direktoru Əhliman Əmiraslanovun təqdimat verməsi lazım olduğunu bildirib:
"Hazırda onun işdən çıxarılması ilə bağlı məndə məlumat yoxdur. Onkoloji klinika Tibb universitetinin nəzdində olsa da, müstəqil bir qurumdur, o qurumun rəhbəri var. Nigar Mehdiyevanın işdən azad edilməsi üçün həmin klinikanın rəhbəri, millət vəkili Əhliman Əmiraslanov mənə təqdimat yazmalıdır. Bundan sonra onunla bağlı qərar verilə bilər".