Bir müddət əvvəl Əməkdar rəssam Fikrət Ələkbərov iddia etmişdi ki, dövlət tərəfindən ona bağışlanan ev keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən məhz özünə 36 min manata satılıb.
Manset.az məsələ ilə bağlı sabiq nazir Ə.Qarayevlə əlaqə saxlayıb. O deyilənlərin əsassız olduğunu bildirib:
"Mən o mövzuya toxunmaq istəmirəm. O köhnə məsələlərdir, yoxlamalar olub. Bu tamamilə yalnış məlumatdır. Bilmirəm haradan götürüb. Mən 6 ildir ki, işdən çıxmışam. Tamamilə bu işlərdən uzağam. Müəllimlik edərək həyatımı sürürəm.Bununla da məsələ bitdi".
Manşet.az