Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyində (TƏBİB) sensasiya hadisə baş verib.
Manset.az-ın əldə etdiyi məlumata görə, TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri Qurbanov Orxan Ənvər oğlu öz soyadını dəyişib. Onun bu addımı qurumun əvvəlki rəhbəri Vüqar Qurbanovla qohum olduğu üçün atdığı iddia edilir.
Onun soyadını dəyişərək
Ənvərli etməsi öz vəzifəsini qoruması ilə əlaqələndirilib.
Məsələ ilə bağlı Manset.az xəbər portalı adıçəkilən
Orxan Qurbanovla əlaqə saxlayıb. O, məlumatı təsdiqləyib:
“Mən soyadımı dəyişə bilmərəm? İstəmişəm ki, soyadım
atamın adı ilə bağlı olsun. Ona görə dəyişib atamın adını götürmüşəm. Vüqar Qurbanovun isə qohumu deyiləm".
Daha sonra əməkdaşımızın “soyadınızı Vüqar Qurbanovun məsləhəti ilə dəyişmisiniz?” sualına isə cavab verməyib.
Manşet.az