“Rəqəmsal mühit inkişaf etdikcə bütün risklər inkişaf edir” - Esmira Qasımova

14:45 - 01 May 2026

“Rəqəmsal mühit inkişaf etdikcə bütün risklər inkişaf edir” - Esmira Qasımova

“Rəqəmsal mühit inkişaf etdikcə bütün risklər də inkişaf edir”. 


Manset.az xəbər verir ki, bu haqda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Maarifləndirmə və tədqiqat sektorunun müdiri Esmira Qasımova Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutan “İctimai proseslər media müstəvisində” mövzusunda 3-cü Forumun panel sessiyasında danışıb: 

“Sosial şəbəkədə öz görüntüsünü, şəxsi məlumatlarını paylaşan vətəndaşlar dərk etməlidirlər ki, hər an onların bu informasiyalarında mənfi məqsədlər üçün istifadə edilə bilər. Bəzən düşünürlər ki, sosial şəbəkəyə hər hansısa məlumatı yüklədik, daha sonra sildik və bununla da bitdi. Xeyr, bu, belə deyil. Bazada silinən hər bir məlumat qalır. Bu səbəbdən xüsusilə diqqətlə olmaq mütləqdir”, - deyə qurum rəsmisi vurğulayıb. 

Esmira Qasımova xüsusilə vurğulayıb ki, sağlam ailə sağlam cəmiyyət deməkdir: “Biz texnologiyalardan istifadə edərkən öz mədəniyyətimizi təmsil etdiyimizi unutmamalıyıq”, - deyə o bildirib. 


Fidan Vəlisoy 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az