Könül Muxtarovanın aparıcılığı ilə "Space TV"də yayımlanan “Sevilən Səhər” proqramı bu gün yenidən canlı olaraq yayımlanıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, proqram bu gün yenidən efirə çıxıb və proqramın texniki problemlər səbəbindən bir həftə ərzində canlı yayımlanmadığı qeyd edilib. Həmin müddətdə isə efirə təkrar buraxılışların verildiyi bildirilib.
Qeyd edək ki, bir müddətdir "Space" telekanalında bütün verilişlərin bağlanacağı və telekanalın fəaliyyətini dayandıracağı ilə bağlı məlumatlar yayılmışdı.
Manşet.az