"İtaliya Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib" - Vahid Əhmədov 

12:07 - 05 May 2026

\"İtaliya Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib\" - Vahid Əhmədov 

Xəbər verdiyimiz kimi, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycana səfəri baş tutub. Bir günlük səfər çərçivəsində görüş keçirən Azərbaycan Prezidenti İlham Əliyev və Ciorcia Meloni Azərbaycan və İtaliya münasibətləri çərçivəsində bir sıra mühüm nüanslara toxunublar.


Sözügedən səfərlə bağlı Milli Məclisin deputatı Vahid Əhmədov Manset.az-a açıqlamasında bildirib ki, 13 il sonra İtaliyanın Baş nazirinin Azərbaycana yenidən səfər etməsi hər iki ölkə üçün çox böyük əhəmiyyət kəsb edir: 


“İtaliya-Azərbaycan münasibətləri istər iqtisadi, istərsə də siyasi sahədə çox böyük sürətlə inkişaf edir. İtaliya Azərbaycanın iqtisadi tərəfdaşıdır. Xarici ticarətdə İtaliya Azərbaycan üçün birinci yerdə dayanır. Çünki əsas neft-qaz ixracı İtaliya vasitəsi ilə Avropa dövlətlərinə ixrac edilir. İkinci məsələ isə İtaliyanın Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləməsidir. 44 günlük müharibə dövründə də İtaliya Azərbaycanın torpaqlarının işğaldan azad etməsini daim haqlı sayıb. Xanım Meloninin səfəri bir günlük olsa da, Cənab İlham Əliyevlə apardığı danışıqlarda həm iqtisadi məsələlərə, həm siyasi məsələlərə, həm də bölgədə baş verən hadisələri geniş müzakirə ediblər. Xüsusilə, qonşuluğumuzda baş verən ABŞ-İsrail-İran arasında olan müharibənin gərginliyini dərindən anladığını Meloni bir daha Cənab Prezidentin diqqətinə çatdırıb və müharibənin sona çatmasını arzulayıb. Cənab Prezident də bu məsələ ilə əlaqədar fikirlərini bildirib. Xanım Meloni bu məsələni xüsusilə diqqət mərkəzində saxladığını bildirib". 

Deputat qeyd edib ki, İtaliya Azərbaycan üçün çox mühüm bir dövlətdir. Bu səbəbdən iki ölkə arasında olan münasibətlərdə boşluqları doldurmaq üçün belə görüşlər olduqca vacibdir:

"Münasibətlər həmçinin iqtisadi temp üzrə davam edir. Müəyyən boşluqları doldurmaq üçün bu səfərin çox böyük əhəmiyyəti var. İlk növbədə Azərbaycan və İtaliya arasında çox ciddi iqtisadi əlaqələr var. Azərbaycan neft və qazının ixracında İtaliya dövləti böyük əhəmiyyət kəsb edir. Avropa ixrax olunan bütün neft və qazın ilk qəbul məntəqəsi məhz İtaliyadır. Azərbaycanın xarici ticarət balansında İtaliya birincin yerdə gedir. Eləcə də Avropa ilə münasibətlərimizin daha da yaxşılaşmasında İtaliya dövləti mühüm rol oynayır. İtaliya, xüsusilə, onun Baş naziri Meloni kifayət qədər sözü olan bir rəhbərdir. Azərbaycan və Avropa İttifaqı arasında olan iqtisadi əlaqələrin və siyasi münasibətlərin yaxşılaşmasında, daha da inkişaf etməsində İtaliyanın xüsusi rolu ola bilər”, - deyə Vahid Əhmədov fikirlərinə əlavə edib. 


Fidan Vəlisoy


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az