“Türkiyə-Azərbaycan Universitetində təhsil 100 faiz ingilis dilində aparılır. İngilis dili hazırlığı ODTÜ tərəfindən aparılır”.
Manset.az xəbər verir ki, bununla bağlı Türkiyə-Azərbaycan Universitetinin Tədris şöbəsinin müdiri Günel Teymurova universitetdə keçirilən mediatur zamanı məlumat verib.
Günel Teymurova qeyd edib ki, iki qardaş ölkənin ortaq akademik platforması olan Türkiyə-Azərbaycan Universitetində (TAU) hazırda ümumilikdə 174 tələbə təhsil alır. Cari tədris ili üzrə qəbul olunan tələbələrin sayı 92, ötən il qəbul olunan tələbələrin sayı isə 82-dir.
Verilən məlumata görə, tədris ili üzrə Türkiyə-Azərbaycan Universitetinin kompüter mühəndisliyi ixtisasına qəbul üzrə ən yüksək bal 674.3, sənaye mühəndisliyi ixtisasında ən yüksək bal 654.4, qida mühəndisliyi ixtisasında isə ən yüksək bal 553.6 olub.
Fidan Vəlisoy