Türkiyə-Azərbaycan Universiteti (TAU) “çətir universitet” modeli əsasında fəaliyyət göstərir. Bu modelə görə, universitetin maddi-texniki bazasının yaradılması və təminatı Azərbaycan tərəfinin üzərinə düşür. Belə ki, torpaq sahəsi, bina, laboratoriyalar və avadanlıq kimi maliyyə və texniki imkanlar Azərbaycan tərəfindən təmin edilir.
Manset.az xəbər verir ki, tədrisin təşkili, proqramların hazırlanması və 8 semestrlik tədris planının icrası isə Türkiyə tərəfi tərəfindən həyata keçirilir. Universitetin tədris sistemi Türkiyənin üç aparıcı ali təhsil müəssisəsinin proqramları əsasında qurulub.
Belə ki, TAU-da kompüter mühəndisliyi ixtisası üzrə Orta Doğu Texniki Universitetinin (ODTÜ), sənaye mühəndisliyi üzrə İstanbul Texniki Universitetinin (İTÜ), qida mühəndisliyi üzrə isə Hacettepe Universitetinin proqramları tətbiq olunur.
Qeyd edək ki, Türkiyə-Azərbaycan Universitetinin Azərbaycan tərəfdən tərəfdaşı Azərbaycan Texniki Universitetidir (AzTU).
Fidan Vəlisoy