Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Keniya Prezidenti William Samoei Ruto çıxış edib. O, forumun dünyanın şəhərsalma problemlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Manset.az xəbər verir ki, Ruto çıxışında 2002-ci ildə ilk Ümumdünya Şəhərsalma Forumunun Nayrobidə keçirildiyini xatırladıb, daha sonra isə Afrika Şəhərsalma Forumunun yenidən həmin şəhərdə təşkil olunduğunu qeyd edib. O, bu dəfə forumun Bakıda keçirilməsini yüksək qiymətləndirib və Azərbaycanın qonaqpərvərliyinə görə İlham Əliyevə xüsusi təşəkkürünü ifadə edib.
Keniya Prezidenti bildirib ki, mənzil təminatı dünyada ciddi problemdir. Onun sözlərinə görə, hazırda milyardlarla insan qeyri-kafi yaşayış şəraitində yaşayır, milyonlarla insan isə evsiz vəziyyətdədir.
Fidan Vəlisoy