“Problemlər ortaqdırsa, həllər də ortaq olmalıdır” - Bolqarıstan Prezidenti

15:50 - 18 May 2026

“Problemlər ortaqdırsa, həllər də ortaq olmalıdır” - Bolqarıstan Prezidenti

“Mənzil məsələsi artıq iqlim dəyişikliyi ilə mübarizənin ön cəbhəsinə çevrilib. Şəhərlərin dayanıqlılığı həm də ekoloji cəhətdən bir lüks olmalıdır. İqlim pozuntularına hazır olmayan şəhər bütün regionların sabitliyini risk altına atır”.


Manset.az xəbər verir ki, bunu WUF13  çərçivəsində liderlərin çıxışı zamanə Bolqarıstan Prezidenti İliyana Yotova deyib.

O bildirib ki, mənzil təminatı və şəhər inkişafı artıq qlobal miqyasda iqlim dəyişiklikləri ilə birbaşa bağlıdır və bu sahədə sistemli yanaşma vacibdir.

İliyana Yotova qeyd edib ki, Bolqarıstan Avropa İttifaqının üzvü kimi mühüm nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir, lakin ölkə Avropanın bir çox digər dövlətləri kimi demoqrafik azalma, daxili miqrasiya və regionlararası bərabərsizlik kimi problemlərlə üzləşir.

Onun sözlərinə görə, bir şəhərin inkişaf edib digərlərinin zəifləməsi, gənc ailələrin mənzil əldə etməsinin çətinləşməsi və gələcəyə inamın azalması artıq bir çox ölkələr üçün ortaq çağırışa çevrilib.

“Problemlər ortaqdırsa, həllər də ortaq olmalıdır. Dünya bilik və təcrübəni paylaşmalı, onları qapalı saxlamamalıdır. Çünki bizim evimiz və gələcəyimiz ortaqdır”, – deyə o vurğulayıb.

O əlavə edib ki, investisiyalar təkcə infrastruktura deyil, birbaşa insanlara yönəldilməlidir.


Fidan Vəlisoy 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az