“Modernləşmə tarixi dəyərlərin itirilməsi hesabına baş verməməlidir” - Gürcüstanın Baş naziri 

16:00 - 18 May 2026

“Modernləşmə tarixi dəyərlərin itirilməsi hesabına baş verməməlidir” - Gürcüstanın Baş naziri 

“Gürcüstanda şəhərsalma və mənzil siyasətinin mərkəzində vətəndaşların rifahı dayanır”. 


Manset.az xəbər verir ki, bunu Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Gürcüstanın Baş naziri Irakli Kobakhidze çıxışında vurğulayıb.

Baş nazir qeyd edib ki, ölkə uzun illərdir münaqişə və işğalın humanitar nəticələrini aradan qaldırmağa çalışır, məcburi köçkünlərin mənzil təminatı və sosial müdafiəsi istiqamətində ardıcıl addımlar atır.

İ. Kobakhidze bildirib ki, yeni yaşayış məntəqələrinin salınması və mövcud mənzil fondunun yenilənməsi məcburi köçkün ailələrin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir.

Onun sözlərinə görə, dövlət eyni zamanda gənc ailələr, ekomiqrantlar və işğaldan zərər çəkmiş bölgələrin sakinləri üçün mənzil əlçatanlığını artırmağa yönəlmiş proqramları genişləndirir.

Baş nazir əlavə edib ki, şəhər yalnız yaşayış məkanı deyil, həm də milli kimliyin daşıyıcısıdır. O, Gürcüstanda ənənəvi memarlıq irsinin qorunmasına xüsusi önəm verildiyini, modernləşmənin tarixi dəyərlərin itirilməsi hesabına baş verməməli olduğunu qeyd edib. 


Fidan Vəlisoy 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az