“Ukrayna və Azərbaycan qardaş dövlətlərdir” - Ukrayna rəsmisi

17:15 - 18 May 2026

“Ukrayna və Azərbaycan qardaş dövlətlərdir” - Ukrayna rəsmisi

“Ukrayna və Azərbaycan qardaş dövlətlərdir. Biz tərəfdaşlığımızı və bu dialoqu Bakıda aparmaq imkanını yüksək qiymətləndiririk”. 


Manset.az xəbər verir ki, bu fikirləri Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Ukraynanın Baş nazirinin müavini çıxışında səsləndirib.

O bildirib ki, Ukrayna artıq dörd ildən çoxdur davam edən genişmiqyaslı müharibə şəraitində forumda iştirak edir və bu müharibə nəticəsində ölkənin infrastrukturuna ciddi ziyan dəyib.

Nümayəndənin sözlərinə görə, dağıntılar mənzil fondu, sənaye obyektləri, enerji infrastrukturu və insan kapitalını əhatə edir. O qeyd edib ki, son qiymətləndirmələrə əsasən, ümumi zərərin 195 milyard ABŞ dollarını keçdiyi bildirilir. Təkcə mənzil sektorunda zərərin 60 milyard dollardan çox olduğu, bərpa ehtiyaclarının isə 88 milyard dollar səviyyəsində qiymətləndirildiyi vurğulanıb.

Çıxışda qeyd olunub ki, müharibə şəhərlərin və gündəlik həyatın mahiyyətini köklü şəkildə dəyişib. Ukraynada əhalinin 70 faizindən çoxu şəhərlərdə yaşamağa davam etsə də, bu şəraitdə şəhər həyatı ciddi çətinliklərlə müşayiət olunur.

O qeyd edib ki, ölkə şəhərsalma, infrastruktur və ictimai məkanlara yanaşmanı yenidən formalaşdırır. Bu yanaşma şəhərlərin davamlı fəaliyyət göstərməsi, təhlükəsizlik təhdidləri, raket hücumları və elektrik kəsintiləri şəraitində belə işlək qalması üzərində qurulur.

Ukraynanın Baş nazirinin müavini əlavə edib ki, əsas prioritetlər enerji müstəqilliyi, mühafizə sistemləri və sığınacaq infrastrukturunun qurulmasıdır. Cəbhə xəttinə yaxın bölgələrdə isə yeraltı infrastruktur vasitəsilə paralel şəhər həyatının təmin edilməsi vacib hesab olunur.


Fidan Vəlisoy 

Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az