“Gəncə şəhərində son 27 ildə müxtəlif dövlət qurumları və fiziki-hüquqi şəxslər tərəfindən 71 çoxmənzilli yaşayış binası inşa edilmişdir”.
Manset.az xəbər verir ki, bu fikirləri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilən 13-cü sessiyası çərçivəsində baş tutan “Şəhərlərin SPECA Forumu” panel sessiyasında çıxışı zamanı Gəncə şəhərinin inkişaf perspektivləri ilə bağlı açıqlamasında bildirib.
O qeyd edib ki, 2026-cı ilin mart ayında Gəncə şəhərinin yeni baş planı təsdiqlənib. Baş plana əsasən, şəhərin gələcək inkişafı təxminən 500 min nəfər əhali üçün nəzərdə tutulur.
Məlumatda vurğulanıb ki, yeni plan Gəncənin şəhərsalma inkişafının uzunmüddətli və sistemli şəkildə həyata keçirilməsini, həmçinin yaşayış infrastrukturunun genişləndirilməsini hədəfləyir.
İcra başçısı son olaraq bildirib ki, SPECA Forumunun baş tutması şəhərlərin inkişafında böyük rol oynayacaq.
Fidan Vəlisoy