Sənətçilər WUF13 tədbirinə niyə gəlmir? - ÇAĞIRIŞ

13:20 - 20 May 2026

Sənətçilər WUF13 tədbirinə niyə gəlmir? - ÇAĞIRIŞ

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) dördüncü günündə böyük izdiham yaşanıb. Forum ərazisini gəzmək və “Urban Expo” sərgisi ilə tanış olmaq istəyən çoxsaylı vətəndaşların qeydiyyatdan keçməsi səbəbindən uzun növbələr yaranıb.


Bu mənzərə fonunda Manset.az xəbər portalının baş redaktoru Əli Vəliyev tanınmış simalara və sənət nümayəndələrinə müraciət edib. O, COP29-dan sonra Azərbaycanın daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdiyini vurğulayaraq, məşhurların forumda iştirak etməməsini tənqid edib.

Əli Vəliyev bütün sənət adamlarını və ictimai simaları WUF13 tədbirlərinə qatılmağa, Azərbaycanın ev sahibliyi etdiyi bu beynəlxalq platformaya dəstək göstərməyə çağırıb.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az