“Bu möhtəşəm foruma görə Azərbaycanı təbrik edirəm”.
Bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) İctimai işlər, şəhərsalma, nəqliyyat və turizm komitəsinin sədri Adil Karaismailoğlu Manset.az-a müsahibəsində deyib.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Bakıda iştirak edən komitə sədri bildirib ki, Bakı nümunəvi şəhər kimi həqiqətən dünyanın gündəmindədir. Bizim də Türkiyə Cümhuriyyəti Məclisində millət vəkili və bu komissiyanın sədri olaraq burada iştirak etməyimiz həqiqətən önəmli idi. Bu forumun Azərbaycanda keçirilməsi də çox vacibdir”.
Mənzil böhranı mövzusunda isə Adil Karaismailoğlu qeyd edib ki, bu mövzu dünyanın ən ciddi problemlərindən biridir:
“Ümid edirəm ki, bu müzakirələr nəticəsində ölkələr bir-birilərinə bilik, bacarıq və təcrübələrini ötürəcək, vətəndaşların daha yaxşı mənzillərdə, daha insani şəraitdə yaşaması üçün yeni imkanlar yaradacaqlar.
Həm Azərbaycanı, həm də təşkilatçıları təbrik edirəm.”
Fidan Vəlisoy