“Əlilliyi olan şəxslər mənzil böhranından ən çox təsirlənən qruplardır” - GDF nümayəndəsi

16:32 - 21 May 2026

“Əlilliyi olan şəxslər mənzil böhranından ən çox təsirlənən qruplardır” - GDF nümayəndəsi

“Əlilliyi olan şəxslər yalnız benefisiar deyil, qərarların başlanğıcından etibarən prosesin bir hissəsi olmalıdırlar”. 


Manset.az xəbər verir ki, bununla bağlı “Global Disability Fund”ın (GDF) nümayəndəsi tərəfindən WUF13 çərçivəsində məlumat verilib.

Qurumun məlumatına görə, 2012-ci ildən bəri GDF 100 ölkədə 111 birgə proqramı dəstəkləyib və 2,900-dən çox əlilliyi olan şəxslərin təşkilatı ilə əməkdaşlıq edib.

Bildirilib ki, bütün fəaliyyətlər üzrə əsas nəticə ondan ibarətdir ki, əlilliyi olan şəxslər və onların təşkilatları mənzil, torpaq, əsas xidmətlər və iqlimə dayanıqlılıq sahələrində planlaşdırmanın əvvəlindən etibarən prosesə daxil edilməlidir. Onlar yalnız benefisiar və ya məsləhətləşmə mərhələsində iştirak edən tərəf kimi deyil, dizayn və qərarvermə prosesinin birbaşa iştirakçısı olmalıdır.

Məlumatda həmçinin qeyd olunur ki, bu yanaşma xüsusilə vacibdir, çünki dünyada 1,3 milyard əlilliyi olan şəxsin yarıdan çoxu şəhərlərdə yaşayır. Onlar mənzil böhranından ən çox təsirlənən qruplardandır və məcburi köçürülmələr, əlçatan olmayan xidmətlər, eləcə də iqlim hadisələri zamanı daha da təhlükəli hala gələn qeyri-formal yaşayış məntəqələri ilə üz-üzə qalırlar.


Fidan Vəlisoy 

Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az