Naxçıvanda məktəbli faciəvi şəkildə həyatını itirib.
Manset.az-ın əldə etdiyi məlumata görə, 8-ci sinif şagirdi olduğu bildirilən yeniyetmə Alim Vəliyev (ad soyad şərtidir) yaşadığı evin həyətində özünü asaraq həyatına son qoyub.
Yeniyetmənin hadisədən əvvəl həyətdə oyun oynadığı, daha sonra isə bu addımı atdığı bildirilir.
Hadisənin başvermə səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.