logo
logo logo
logo

Pediatrdan valideynlərə XƏBƏRDARLIQ - Uşaqları bu saatlarda çölə çıxarmayın

09:48 - 08 İyul 2026

Pediatrdan valideynlərə XƏBƏRDARLIQ - Uşaqları bu saatlarda çölə çıxarmayın

Son günlər müşahidə olunan yüksək temperatur xüsusilə uşaqların sağlamlığı üçün risk yarada bilər. Belə havalarda uşaqlarda günvurma, halsızlıq və iştahsızlıq kimi hallar daha tez-tez müşahidə olunur.


Mövzu ilə bağlı Manset.az-a danışan həkim-pediatr Gülnar Abdullayeva bildirib ki, isti havalarda uşaqların günün müəyyən saatlarında açıq havada olması daha məqsədəuyğundur: 

“İsti havalarda uşaqlar səhər saat 08:00-11:00 radələrində və 16:00-dan sonra açıq havada ola bilərlər. 11:00-15:00 saatları arasında isə onların çölə çıxarılması məsləhət görülmür. Bir yaşdan böyük uşaqları dövlətin icazə verdiyi çimərliklərə aparmaq olar, lakin bu da saat 11:00-a qədər və ya 16:00-dan sonrakı vaxtlarda olmalıdır.

Gülnar Abdullayeva onu da bildirib ki, uşaqları hovuza apararkən diqqətli olmaq lazımdır:

“Yalnız uşaqlar üçün nəzərdə tutulmuş hovuzlara üstünlük verilməsi tövsiyə olunur. İsti hava günvurma, halsızlıq və iştahsızlıq kimi problemlərə səbəb ola bilər. ”


Zəhra Süleyman


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az