logo
logo logo
logo

Günay Malikqızı da səlahiyyətli nümayəndəlikdəki vəzifəsindən ayrıldı

08:59 - 17 İyul 2026

Günay Malikqızı da səlahiyyətli nümayəndəlikdəki vəzifəsindən ayrıldı

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində fəaliyyət göstərən daha bir tanınmış şəxs vəzifəsindən ayrılıb.


Manset.az-ın əldə etdiyi məlumata görə, jurnalist Günay Malikqızı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində tutduğu vəzifədən ayrılıb. Onun vəzifədən azad edilməsi ilə bağlı əmr bu günlərdə imzalanıb.

Bildirək ki, Günay Malikqızı Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəliyində media və televiziya sahəsinə rəhbərlik edib. Sonradan o, bu vəzifəsindən uzaqlaşdırılaraq başqa işə təyin edilib.

Günay Malikqızı açıqlamasında məlumatı saytımıza təsdiq edib.

Xatırladaq ki, Günay Malikqızının həyat yoldaşı da bir müddət əvvəl Bakıda vəzifəyə təyin edilib.

Qeyd edək ki, ötən gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində çalışan bir neçə vəzifəli şəxs rəhbərliyə etiraz edərək vəzifələrindən ayrıldıqları barədə məlumat yayımlamışdıq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az