logo
logo logo
logo

Göyçayda yaşıllığa qarşı "soyqırım"la bağlı araşdırma başladı  - 1 nəfər saxlanıldı 

12:40 - 28 İyul 2026

Göyçayda yaşıllığa qarşı \"soyqırım\"la bağlı araşdırma başladı  - 1 nəfər saxlanıldı 

Manset.az-ın Göyçay şəhərində sağlam şam ağaclarının qəsdən qurudularaq yerində obyekt tikildiyi iddiası ilə bağlı yayımladığı xəbərə rəsmi münasibət bildirilib. Qeyd olunan məsələ ilə bağlı polis və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşları tərəfindən araşdırmalara başlanılıb, əraziyə baxış keçirilib.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Manset.az-a bildirilib ki, əməli törətməkdə şübhəli bilinən bir nəfər müəyyən olunaraq saxlanılıb. Dəymiş maddi ziyanın məbləğinin müəyyənləşdirilməsi ilə bağlı müvafiq sorğu göndərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

09:27

Göyçay şəhərinin Nizami küçəsində sağlam şam ağaclarının qəsdən qurudularaq yerində obyekt tikildiyi iddia edilir.

Manset.az-ın əldə etdiyi məlumata görə, ağacların gövdəsi deşilərək içinə kimyəvi maddə (kislota) vurulub. Nəticədə ağaclar quruyur və onlar kəsilərək yerində obyekt tikilməsinin planlaşdırıldığı bildirilir.

Sözügedən görüntüləti təqdim edirik:



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az