Yaralıların olub-olmaması ilə bağlı Manset.az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, qəza ilə əlaqədar quruma hər hansı müraciət daxil olmayıb.
****
10:48
Bu gün səhər saatlarında Maştağa-Buzovna yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az-ın əldə etdiyi məlumata görə, 107 nömrəli marşrut avtobusu yük avtomobili (TIR) ilə toqquşub. Qəza nəticəsində avtobusa ciddi ziyan dəyib.
Qəzanın başvermə səbəbi, xəsarət alanların sayı və vəziyyəti ilə bağlı rəsmi məlumat açıqlanmayıb.
Faktla bağlı araşdırma aparılır.