Bu gün səhər saatlarında Maştağa-Buzovna yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az-ın əldə etdiyi məlumata görə, 107 nömrəli marşrut avtobusu yük avtomobili (TIR) ilə toqquşub. Qəza nəticəsində avtobusa ciddi ziyan dəyib.
Hadisə nəticəsində yaralananların olduğu bildirilir. Əraziyə təcili tibbi yardım briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qəzanın başvermə səbəbi, xəsarət alanların sayı və vəziyyəti ilə bağlı rəsmi məlumat açıqlanmayıb.
Faktla bağlı araşdırma aparılır.