"Lalafo" platformasında mobil telefon almaq istəyən vətəndaş dələduzluqla üzləşib.
Manset.az-a müraciət edən Raul Ələsgərli bildirib ki, "Lalafo"da "Nur Telecom" adlı istifadəçi tərəfindən yerləşdirilən iPhone 11 elanı ilə maraqlanıb. O, elanda göstərilən mobil nömrə vasitəsilə satıcı ilə əlaqə saxlayıb. Razılıq əldə olunduqdan sonra satıcının təqdim etdiyi bank hesabına 250 manat ödəniş edib.
Şikayətçinin sözlərinə görə, ödəniş edildikdən sonra telefon göndərilməyib. Bundan sonra satıcı ilə dəfələrlə əlaqə saxlamağa cəhd etsə də, zənglərinə cavab verilməyib və ödənilən məbləğ geri qaytarılmayıb.
Raul Ələsgərli məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib. O, hadisənin araşdırılmasını və dəymiş ziyanın ödənilməsini istəyir.