logo
logo logo
logo

"Bolt" taksisi qəza törətdi - "Sürücü yolda video çəkirdi"

15:24 - 04 Avqust 2026

\"Bolt\" taksisi qəza törətdi - \"Sürücü yolda video çəkirdi\"

İyulun 18-də "Bolt" vasitəsilə taksi sifariş edən sərnişin yolda sürücünün nitq və eşitmə qüsurlu olduğunu öyrəndiyini, bundan sonra isə ağır qəza keçirdiyini iddia edir.


Manset.az xəbər verir ki, bununla bağlı Səkinə Əhədova öz şikayətində bildirib. Şikayətçinin sözlərinə görə, BYD markalı, 99 QE 042 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarəetmə zamanı telefonundan istifadə edərək işarə hərəkətləri ilə kiməsə video göndərib. Qəza da məhz bundan sonra baş verib.

Hadisə zamanı avtomobildə sərnişinlə yanaşı onun 15 yaşlı oğlu və rəfiqəsi olub. Avtomobil daşla yüklənmiş “KamAZ”a çırpılıb. Nəticədə sərnişinin sözlərinə görə, onun özü ağır xəsarətlər alıb, baş-beyin travması keçirib, dodağına və damağına tikiş qoyulub, qolu, ayağı və döş qəfəsi zədələnib. 15 yaşlı oğlunun çiyni, ayağı və gözü, rəfiqəsinin isə ombası və qolu zədələnib.

Şikayətçi qəza zamanı “iPhone” markalı telefonunun da itdiyini bildirir. Onun sözlərinə görə, hadisədən sonra nə sürücü, nə də Bolt əməkdaşları sərnişinlərin vəziyyəti və dəymiş zərərlə ciddi maraqlanıb.

“Deyirlər əsas odur ki, sağ-salamat çıxmısınız. Bəs 15 gündür işləyə bilmirəm, aldığım xəsarətlərin, itirdiyim telefonun və digər zərərin məsuliyyəti kimin üzərindədir? Mənim telefonumu kim qarşılayacaq, çəkdiyim zərəri kim ödəyəcək? Sürücünün idarəetmə zamanı telefonla video çəkməsi araşdırılmayacaqmı? Bolt belə hallarda sərnişinin təhlükəsizliyinə görə məsuliyyət daşımırmı?” – deyə şikayətçi bildirib.

O, həmçinin sürücünün nitq və eşitmə qüsurlu olması ilə bağlı tətbiqdə əvvəlcədən hər hansı məlumatın göstərilmədiyini iddia edir.

 

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az