logo
logo logo
logo

Sakinləri çıxılmaz vəziyyətə salan yol - VİDEO/FOTO

13:10 - 08 Avqust 2026

Sakinləri çıxılmaz vəziyyətə salan yol - VİDEO/FOTO

Cəlilabad rayonunun Soltankənd kəndinə gedən təxminən 17-20 kilometrlik yol uzun müddətdir əsaslı təmirə ehtiyac duyur.


Manset.az xəbər verir ki, Soltankənd–Zəhmətabad istiqamətində yolun cəmi 3-4 kilometrlik hissəsinə asfalt örtüyü çəkilib. Lakin təmir işləri zamanı ağır texnikaların hərəkəti nəticəsində yolun digər hissələrinin vəziyyəti daha da pisləşib.

Hazırda təxminən 20 kilometrlik yolun böyük hissəsi bərbad vəziyyətdədir. Yolun qalan hissəsinin də əsaslı şəkildə təmir olunmasına ehtiyac var.

Sakinlərin sözlərinə görə, mövcud vəziyyət həm piyadaların, həm də sürücülərin hərəkətini çətinləşdirib. Onlar yoldan istifadə zamanı ciddi problemlərlə üzləşdiklərini və çıxılmaz vəziyyətdə qaldıqlarını bildirirlər.

Qeyd edək ki, sözügedən yol Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansındadır.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az