logo
logo logo
logo

"Hələ də Azərbaycan dilində dərslər götürürəm" - Dankan Norman

12:15 - 21 Avqust 2026

\"Hələ də Azərbaycan dilində dərslər götürürəm\" - Dankan Norman

Bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dankan Normanın iştirakı ilə mətbuat konfransı baş tutub. 


Mətbuat konfransında təmsil olunan media qurumları arasında Manset.az xəbər portalı da yer alıb. Səfir Dankan Norman tanınmış jurnalist, xəbər portalının baş redaktoru Əli Vəliyevin suallarını cavablandırıb: 

Baş redaktor Əli Vəliyev:

"Cənab Səfir hörmətli Cənab Prezident İlham Əliyevlə görüşdə Azərbaycan dilində danışdı və bunu bütün Azərbaycan cəmiyyəti izlədi. Yəqin ki, bu, dilimizə və ölkəmizə olan sevgidən irəli gəlir. Mənə maraqlı olan budur ki, Cənab səfir Azərbaycan dilini nə qədər müddətə öyrəndi və Azərbaycan dilini öyrənmək onun üçün asan idi, yoxsa çətin?".

Böyük Britaniya səfiri Dankan Norman:

"Mən Gəncəyə gəlməmişdən əvvəl də bununla bağlı öyrəndim. Deyərdim ki, asan deyil, çətindir. Gəncədə də təxminən 1 il ev sahibliyi edən ailə ilə yaşadım. Hələ də dərslər götürməyə davam edirəm. Hesab edirəm ki, buna ehtiyac var. Düzdür, çətindir, amma bunu faydalarını görürəm və həqiqətən də, öyrənməkdən həzz alıram. Çox zəngin diliniz var. Məncə, bu, karyeramda verdiyim ən yaxşı qərarlardan biridir. Düşünürəm ki, gələcəkdə mətbuat konfranslarında sizinlə Azərbaycan dilində danışa biləcəm". 


Manşet.az 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az