Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dankan Norman bu gün keçirilən mətbuat konfransında iki ölkə arasında münasibətlər, regional proseslər və qarşılıqlı əməkdaşlıqla bağlı məsələlərə dair media nümayəndələrinin suallarını cavablandırıb.
Səfir həmçinin Manset.az xəbər portalının baş redaktoru Əli Vəliyevin səsləndirdiyi suallara münasibət bildirərək gündəmdə olan bir sıra məsələlərə dair fikirlərini bölüşüb. Görüş zamanı səfir Azərbaycanın və Böyük Britaniyanın qarşılıqlı əlaqələri, eləcə də regionda baş verən proseslərlə bağlı mövqeyini açıqlayıb.
Baş redaktor Əli Vəliyev:
"Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalandı. Artıq regionda yeni geosiyasi reallıqlar var. Bundan sonra İngiltərə yeni reallıqlar fonunda siyasətində hansı dəyişikliklər edəcək?".
Böyük Britaniya səfiri Dankan Norman:
"Sülhlə bağlı yeni geosiyasi mövqelərin olması və dəyişikliklərin fonunda çox müsbət dəyişikliklər baş verir. Azərbaycan bu sahədə çox böyük irəliləyiş əldə edir. Bu, təkcə sülhlə bağlı deyil, eyni zamanda iqtisadi imkanlar və çox böyük fərq də yaradır. Daha geniş anlamda baxsaq, bu, bütün region üçün böyük fərq yaradır. Bu, münasibətlərə daha da kömək edir. Eyni zamanda gələcəkdə bu məsələlərlə bağlı imkanların artırılmasına, bütün tərəflərin bu məsələdən, iqtisadi və digər nöqteyi-nəzərdən faydalanmasına gətirib çıxaracaq".
Manşet.az