"İnternational" bank olmayan kredit təşkilatının rəhbəri vətəndaşa qarşı kobudluq edib.
Bununla bağlı Manset.az-a şikayət daxil olub. Belə ki, "İnternational" BOKT-nın Gənclikdə yerləşən şöbəsinin rəhbəri olduğu bildirilən 90 AS 055 "Mercedes Galenvagen" markalı avtomobilin sürücüsü filialın qarşısında vətəndaşa kobudluq edib. Vətəndaş Ədilə Abdullayeva bank olmayan kredit təşkilatının qarşısında park yeri üçün nəzərdə tutulmayan, piyadaların hərəkətinə mane olan səkinin görüntülərini çəkərkən təşkilatın rəhbəri avtomobilini yüksək sürətlə sürərək kobudluq edir. Görüntülər çəkilən videoda öz əksini tapıb.
Bunu da bildirək ki, həmin ərazi vətəndaşların intensiv hərəkəti üçün nəzərdə tutulub. Ərazidə parkinq xidməti mövcud deyil.
Manşet.az