logo
logo logo
logo

İslamda süni mayalanmaya baxış: Günahdır? - AÇIQLAMA

14:40 - 28 Sentyabr 2026

İslamda süni mayalanmaya baxış: Günahdır? - AÇIQLAMA

“Süni mayalanmanın qanunla tənzimlənməsinə qarşı çıxacağıq”.


Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsindən açıqlama verilib. Bir müddət əvvəl gündəmə gələn bu mövzu ilə bağlı qurum mövqeyinin dəyişmədiyini yenidən açıqlayıb. Açıqlama cəmiyyətdə müzakirələrə səbəb olub.

Bəs bu məsələ ilə bağlı dində nə deyilir? Süni mayalanma dinə zidd proses hesab olunur?

Mövzu ilə bağlı Manset.az ilahiyyatçı Ağa Hacıbəyliyə suallar ünvanlayıb. O açıqlamasında bildirib ki, İslam hüququnda - İslam fiqhində hər kəsin təbii yolla, müvafiq bir şəraitdə ailə qurması, yəni nikahla ailə qurması çox sevindirici hadisə hesab olunur:


“Bir ailə qurulduğu zaman kainat aləmində bir şənlik başlayır. Mələklər belə bir-birini təbrik edir. Əlbəttə ki, Uca Yaradan üçün ən ali yaratdığı insanı, yer üzünə xəlifə olaraq seçdiyi bu varlığı şərəfli bir yolla nəslinin artmasında uyğun görür.

Buna şəriət nikahı deyilir. Hətta nikahla bağlı Qurani-Kərimdə də ayə var. Bu, deməkdir ki, İslam inancında çoxalma və artma üsul və metodu yalnız və yalnız bir nikah çərçivəsində gerçəkləşə bilər.

Günümüz etibarilə bir çox ailələrdə sıxıntılar yaranır və onların həkimə, təbibə, xəstəxanaya müraciət etmək şəraiti yaranır ki, İslam dünyası əlbəttə ki, bunu dəstəkləyir və hər ailənin övladının olmasını xoş görür və bunu belə bir yöndə istəyir. Lakin bir çox yöntəmlər, modellər ortaya çıxıbdır ki, xüsusən bunlardan biri də süni mayalanmadır”.

İlahiyyatçı vurğulayıb ki, süni mayalanmanı iki istiqamətdə anlayıb və şərh edə bilərik: 

“Bir süni mayalanma var ki, sperma kişidən götürülür və yumurta da xanımdan götürülür, ana bətnində, yəni nikahlı olan xanımdan söhbət gedir, onun rəhim tarlasında əkilir və beləcə orada o mayalanaraq ziqota, bir insanata çevrilirsə ki, dinimiz bunu bəyənir, bunu uyğun görür. Amma İslamın qırmızı xətt dediyi bir üsul var, bu donorların vasitəsi ilə ortaya çıxır və sperma banklarından alınan, əsli-nəsli, mənşəyi bilinməyən yerlərdən gətirilən və bunun vasitəsi ilə insan nəslinin artırılmasını şiddətlə qınayır və buna Quran zina deyir.

Eyni zamanda surroqat analıq məsələsi var ki, burada genetik ana olmayan üçüncü bir şəxs ortaya çıxır. Tutalım ki, sperma kişidən alınır, yumurta xanımdan götürülür, ziqot isə üçüncü bir şəxsin bətninə əkilir, ana rəhmi icarəyə götürülür və bu da təbii ki, İslam dinində qadağadır və belə bir yolla ata olmaq, ana olmaq bəyənilmir. Amma ifadə elədiyimiz kimi, iki nikahlı fərd arasındakı olan tibbə İslam belə xoş baxır və münasib görür, bu cür çoxalmanı da belə deyək bəyənir, dəstəkləyir”, - deyə A.Hacıbəyli fikirlərinə əlavə edib.

 

Fidan Vəlisoy 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az