Bakıda tanınmış riyaziyyat-informatika müəllimi vəfat edib.
Manset.az-ın əldə etdiyi məlumata görə Bakı şəhəri 220 saylı məktəbin riyaziyyat-informatika müəllimi olan Nazlı Yusifova uzun sürən onkoloji xəstəlikdən sonra bu gün 51 yaşında dünyasını dəyişib.
Məktəbin pedaqoji kollektivi və şagirdləri arasında böyük hörmət və nüfuz sahibi olan Nazlı Yusifovanın vəfatı hər kəs tərəfindən böyük hüzn və kədərlə qarşılanıb.
Qeyd edək ki, N.Yusifova doğulduğu Quba rayonunda dəfn ediləcək.
Allah rəhmət eləsin!