logo
logo logo
logo

"İran Azərbaycanın dünyəvi dövlət modelini özünə təhlükə kimi görür" - Siyasi şərhçi

14:32 - 13 Oktyabr 2026

\"İran Azərbaycanın dünyəvi dövlət modelini özünə təhlükə kimi görür\" - Siyasi şərhçi

İranın Azərbaycanda din amilindən istifadə etməklə siyasi təsirini genişləndirmək cəhdləri, ölkənin daxili işlərinə müdaxilə iddiaları və anti-Azərbaycan ritorikası yenidən müzakirə mövzusuna çevrilib.

Bəs İranın Azərbaycana yönəlik siyasətinin arxasında hansı məqsədlər dayanır? Dini amil hansı hallarda siyasi təzyiq vasitəsinə çevrilir və bu proseslər Azərbaycanın milli təhlükəsizliyi üçün hansı riskləri yarada bilər? 


Manset.az xəbər verir ki, bunu siyasi şərhçi Əziz Əlibəyli deyib. O bildirib ki, İranın Azərbaycanın daxili işlərinə müdaxiləsinin arxasında üç əsas siyasi məqsəd dayanır. Bunlara Azərbaycanın dünyəvi dövlət modelindən narahatlıq, İsraillə dost münasibətlərinə mənfi yanaşma və Azərbaycanla Türkiyənin daha sıx birləşməsinin qarşısını almaq cəhdləri daxildir. 


“İran 1979-cu il İslam inqilabından bəri özünü dünya şiələrinin mərkəzi hesab edir. Əhalisinin əksəriyyəti şiə müsəlmanlardan ibarət olan Azərbaycanın dünyəvi dövlət modelini seçməsi isə Tehran tərəfindən təhlükə kimi qiymətləndirilir. Bakının uğuru məlumdur. Mollasız, demokratik, dünyaya açıq yaşamaq. Tehran da bunu özünə həmişə təhlükə görür. Çünki Azərbaycan İran əhalisi üçün dini hakimiyyət baxımından çox fərqli nümunədir. Onlar görürlər ki, Azərbaycan şiə ölkəsidir, amma dini təzyiq altında yaşamır. Buna görə də İran Azərbaycana həmişə təzyiq edir ki, burada dini idarəetməni tətbiq etsin.

İkinci məsələ Azərbaycanın İsraillə dostluğudur. Tehran hazırda İsraillə regional rəqabət apardığı üçün Azərbaycanın bu ölkə ilə dost münasibətlərinə düşmən münasibəti bəsləyir və belə hesab edir ki, Azərbaycan ona qarşı mövqe tutmalıdır. Zəngəzur məsələsində də İran istəmir ki, Azərbaycan və Türkiyə tam birləşsin, Turan xəttini qursun. Çünki növbəti hədəf kimi Güney Azərbaycanın müstəqilləşməsindən qorxur”, – deyə siyasi şərhçi bildirib.

Ə.Əlibəyli Azərbaycan-İran münasibətlərinin artıq təhlükəli mərhələdə olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın Tehrandakı səfirliyinə hücum və həmin hadisə nəticəsində Azərbaycan vətəndaşının həlak olması, eləcə də narkotik qaçaqmalçılığı və radikal dini qruplarla bağlı təxribatlar münasibətlərə ciddi zərbə vurub.

“Düşünürəm ki, artıq Azərbaycan-İran münasibətləri təhlükəli mərhələdədir. Azərbaycana qarşı terror törətdilər, səfirliyimizə hücum etdilər. Bu terror nəticəsində Azərbaycan vətəndaşı həlak oldu. Bundan sonra Azərbaycana qarşı gizli müharibə apardılar. Narkotik, radikal dindarlar və bu kimi vasitələrlə təxribatlar törətdilər. Bəs qarşıda bizi nə gözləyir? Münasibətlərin tamamilə qopması ehtimalı var. Bu, İrana Azərbaycandan daha çox zərər verə bilər.

Çünki Şimal-Cənub dəhlizi də böyük zərbə altında qala bilər. Bu vəziyyətdən daha çox İranın məğlub çıxması gözləniləndir. Azərbaycan həm də İranın Rusiyaya çıxışında mühüm rol oynayır. Bəlkə də bu, İran üçün bir xilas yoludur. İranın anti-Azərbaycan siyasəti regionda Qərbin imkanlarının artmasına gətirib çıxarır. Hər halda, İran ciddi strateji səhv edir. Azərbaycan onunla düşmən olmaq istəməsə də, görünür, İran Bakını başa düşmək istəmir”, – deyə Ə.Əlibəyli fikirlərini yekunlaşdırıb.


Fidan Vəlisoy 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az