logo
logo logo
logo

Onlar da Mətbuat Şurasına üzv seçildi

14:58 - 16 Oktyabr 2026

Onlar da Mətbuat Şurasına üzv seçildi

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilib. 


Manset.az xəbər verir ki, keçirilən qurultayda Azərbaycan Mətbuat Şurasına yeni sədr, müavinlər və üzvlər seçilib. Əməkdar jurnalist Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri olub. Bundan əlavə Mətbuat Şurasına bir sıra yeni üzvlər də seçilib. Onlar arasında Bizim.media xəbər portalının baş redaktoru Anar Tahirov, Editor.az saytının baş redaktoru Fərid Şahbazlı, Bakıvaxtı.az saytının baş redatoru Qalib İbrahimoğlu və digər şəxslər də var. 

Mətbuat Şurasının digər üzvləri aşağıdakılardır:

Hacıbəy Heydərli (“Azxeber.com”)

Orxan Amaşov (AnewZ)

Səadət Məmmədova (ATV)

Nurşən Quliyev (APA)

Vüqar Rəhimzadə (“İki sahil” qəzeti)

Elşad Eyvazlı (Modern Media Qrupu)

Seyfəddin Hüseynli (“525-ci qəzet”)

Elçin Alıoğlu (“Trend” İA)

Vəfa Həmzəyeva (Real TV)

Elmira Musayeva (CBC)

Hümbət Musayevdir (“Xalq qəzeti”nin baş redaktorunun birinci müavini)

Vüqar Zifəroğlu (BDU, Jurnalistika fakültəsi)

Müşfiq Ələsgərli (Jurnalistlərin Həmkarlar İttifaqı)

Əminə Yusifqızı (veteran jurnalist)

Bəhruz Məmmədzadə (“Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyi)

Ayaz Mirzəyev (Azərbaycan Jurnalistləri Şəbəkəsi İctimai Birliyi)

Fərid Pərdəşünas (Technote Media Şirkəti)

Könül Niftəliyeva (BDU, Jurnalistika fakültəsi)

Azər Həsrət (Bayraqdar Media)

Yeganə Hacıyevadır (Gənc Demokratlar İnstitutu)

Qeyd edək ki, Mətbuat Şurasının İdarə Heyətinin hazırkı üzvlərindən – Rəşad Məcid, Əflatun Amaşov, Qulu Məhərrəmli, Umud Rəhimoğlu, Aydın Quliyev, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Vüsalə Mahirqızı, Aqil Ələsgər, Ceyhun Musaoğlu, Akif Aşırlı və Yadigar Məmmədli adlarının bu seçki bülleteninə daxil olunmamasını xahiş etsələr də, Teleqraf Media Holdinqin rəhbəri, tanınmış jurnalist, sabiq millət vəkili Aynur Camal lazımi səsi yığa bilmədiyindən üzvlüyə namizədlər siyahısına düşə bilməyib. 


Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az