logo
logo logo
logo

Bu il Bakı Beynəlxalq Kitab Sərgisində 32 xarici ölkədən iştirakçılar yer alacaq

11:15 - 19 Oktyabr 2026

Bu il Bakı Beynəlxalq Kitab Sərgisində 32 xarici ölkədən iştirakçılar yer alacaq

“Bu il Bakı Kitab Sərgisində 32 xarici ölkədən iştirakçılar yer alacaq”. 


Manset.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, hər il Azərbaycanda təşkil olunan Beynəlxalq Kitab Sərgisi yerli və xarici kitab sənayesi nümayəndələrinin fəal iştirakı ilə keçirilir.

V.Qurbanzadə qeyd edib ki, bu il xarici iştirakçıların sayının artması xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Bakı Kitab Sərgisi bir çox yerlərdə regional əhəmiyyətli sərgi kimi dəyərləndirilsə də, dünyada kifayət qədər tanınan bir sıra beynəlxalq kitab sərgilərində belə bu qədər xarici tərəfdaş iştirak etmir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az