logo
logo logo
logo

Nazir müşaviri Azərbaycanda kitab sənayesi ilə bağlı danışdı 

12:43 - 19 Oktyabr 2026

Nazir müşaviri Azərbaycanda kitab sənayesi ilə bağlı danışdı 

“Azərbaycanda kitab sənayesinin inkişafı, müəllif hüquqlarının qorunması və milli ədəbiyyatın beynəlxalq səviyyədə tanıdılması əsas prioritetlərdəndir”.


Manset.az xəbər verir ki, bunu mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu “XII Bakı Beynəlxalq Kitab Sərgisi” ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, dünya ədəbiyyatındakı yeniliklərin tərcümələr vasitəsilə Azərbaycana gətirilməsi və milli ədəbiyyatın beynəlxalq miqyasda təbliği istiqamətində işlər davam etdiriləcək.

Nazir müşaviri yazıçılar, nəşriyyatlar və kitab mağazaları arasında münasibətlərin, müəllif hüquqlarının və dövlətin kitab sənayesində iştirakının aydın mexanizmlərlə tənzimlənməsinin vacibliyini vurğulayıb.


Fidan Vəlisoy 

Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az