Azərbaycanda nikaha daxil olan şəxslərin orta yaşı açıqlanıb.
Manset.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2025-ci ildə nikaha daxil olan kişilərin orta yaşı 30,1, qadınların orta yaşı isə 25,1 olub.
Məlumata görə, 2021-ci ildə bu göstərici kişilər üzrə 29,7, qadınlar üzrə 24,9 yaş təşkil edib. Beləliklə, son 5 ildə kişilərin nikaha daxilolma yaşı 0,4, qadınların yaşı isə 0,2 yaş artıb.
İlk dəfə nikaha daxil olanların orta yaşı isə 2025-ci ildə kişilər üzrə 28,7, qadınlar üzrə 24,1 yaş olub.
2021-ci ildə ilk nikaha daxil olan kişilərin orta yaşı 28,4, qadınların isə 24,2 yaş təşkil edib.
Azərbaycanda kişilər orta hesabla 30, qadınlar isə 25 yaşında evlənir - STATİSTİKA