Azərbaycanda ilk dəfə “Dinlərarası harmoniya” festivalı keçiriləcək

18:54 - 05 Mart 2024

Azərbaycanda ilk dəfə “Dinlərarası harmoniya” festivalı keçiriləcək

Azərbaycanda fəaliyyət göstərən dini qurumların təşkilatçılığı ilə martın 8-də "Dinlərarası harmoniya" festivalı keçiriləcək.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Manset.az-a bildiriblər ki, ölkəmizdə mənəvi dəyərlərin, tolerant və multikultural ənənələrin inkişafı və təbliği məqsədilə keçirilən festivalda Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Dağ və Avropa yəhudiləri, Roma Katolik Kilsəsinin Apostol Prefekturası, Azərbaycan Bibliya Cəmiyyəti, Azərbaycan Bəhailəri Dini Mərkəzi, Krişna Şüuru və digər dini qurumların fəaliyyətini əks etdirən fotosərgi, sənədli filmlər, videoçarxlar və musiqi proqramı nümayiş olunacaq.

Festivala giriş sərbəstdir.

Qeyd edək ki, festivala martın 8-10-da Bakıda keçiriləcək "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" konfransında iştirak edəcək xarici qonaqların da qatılacağı gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az