Qazaxıstan Prezidenti Şəhidlər xiyabanında - FOTO

16:45 - 11 Mart 2024

Qazaxıstan Prezidenti Şəhidlər xiyabanında - FOTO

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Şəhidlər xiyabanını ziyarət edib.

 

Manset.az xəbər verir ki, Prezident Kasım-Jomart Tokayev Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

 




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az