“COP-29 dönüş nöqtəsi olacaq”

22:24 - 17 Mart 2024

“COP-29 dönüş nöqtəsi olacaq”

" Beləliklə, COP-29 dönüş nöqtəsi olacaq. Bu il Bakıda keçiriləcək COP29 iqlim dəyişikliyindən narahat olan hər kəs üçün vacibdir və bu, təhlükəsizlik məsələlərinə də aiddir".

 

Manset.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

"Bu il Azərbaycan COP29-a ev sahibliyi edəcək. Hazırda iqlim dəyişikliyi ilə bağlı problemlər bütün dünyada müşahidə oluna bilər", - deyə o, bu tədbirin keçirilməsinin vacibliyini vurğulayıb.

Stoltenberqin sözlərinə görə, Azərbaycan alternativ enerjinin - külək və günəşin inkişafına fəal şəkildə sərmayə qoyur ki, bu da enerji keçidi və iqlim dəyişikliyi ilə mübarizə üçün vacibdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az