DİN bu xəbərləri yayanları müəyyən etdi

20:04 - 31 Mart 2024

DİN bu xəbərləri yayanları müəyyən etdi

“Bəzi sosial şəbəkə səhifələrində hərbi əməliyyatlar, texnika və şəhidlərimiz barədə saxta xəbərlər yayılıb”.

 

DİN-in mətbuat xidmətindən Manset.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxslər müəyyən olunub. 

Onlar barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülür. 

“Vətəndaşlarımızı reallığı əks etdirməyən və ictimai rəyi çaşdırmağa yönələn saxta xəbərləri paylaşmaqdan çəkinməyə çağırırıq. Bu hallar qanunvericiliklə məsuliyyətə yaradır” - məlumatda qeyd olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az