Prezident İlham Əliyevin sərəncamı ilə, "Hilal” Sosial Araşdırmalar ictimai birliyinin sədri, tanınmış siyasətçi Arzuman Abdulkərimov Ümummilli Lider Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunmuş "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif olunub.
Manset.az xəbər verir ki, özü bu barədə məlumat verib:
"Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olundum.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin imzaladığı sərəncama əsasən, Heydər Əliyev kimi siyasət nəhənginin adını daşıyan medala layiq görülmək çox qürurvericidir.
Təşəkkür edirəm Cənab Prezident!"- deyə o əlavə edib.