Azərbaycana qarşı ən barışmaz erməni vəzifədən uzaqlaşdırılır - İrəvan ona əvəz də TAPIB

12:52 - 23 Oktyabr 2021

Azərbaycana qarşı ən barışmaz erməni vəzifədən uzaqlaşdırılır - İrəvan ona əvəz də TAPIB

İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycana qarşı ən sərt və barışmaz mövqedə dayanan Ermənistan Respublikasının Ombudsmanı Arman Tatoyanın tutduğu vəzifədən uzaqlaşdırılacağı gözlənilir.

Manset.az xəbər verir ki, Modern.az saytının məlumatına görə, bu barədə “Joğovurd” qəzeti məlumat yayıb.  Artıq Arman Tatoyanı əvəzləyəcək şəxs də tapılıb. Bu şəxsin “İşıqlı Ermənistan” partiyasının lideri Edmon Marukyan olduğu bildirilir.

Qəzet yazır ki, Ermənistan hökumətinin administrasiyasındakı müəyyən dairələr Edmon Marukyanın maraqları üçün hazırda lobbiçilik edirlər.


Artıq hakimiyyətin Edmon Marukyanın namizədliyini nəzərdən keçirdiyi də bildirilir.

Ermənistanın hazırkı Ombudsmanı Arman Tatoyanın səlahiyyət müddəti 2022-ci il fevralın 23-də başa çatacaq. Nazirlər Kabineti katibi Armen Qriqoryan son müsahibəsində bildirib ki, Tatoyanın səlahiyyət müddəti bitdikdən sonra Ombudsman vəzifəsinə namizəd təqdim ediləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az